ALTMIŞINCILAR: ELXAN BABAYEV...

 

MUSİQİ DÜNYAMIZDA BİR ALTMIŞINCI (Elegik Bir Yazı)

 

"Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlarbütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında çatlayır. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir, dünyamızın altmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub. Məsələn, sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıyla bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adları ortalıqda hallanan yazar və sənət adamları sonrakı nəsil tərəfindən heçkönül xoşluğu ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.

Danüzü belə bir yazının yazılmasının necə də çətin olduğunu təsəvvür etmək çox zor. Bütün gecəni bu yazını yazmaq əziyyəti deyil, bu yazının aidiyyət olduğu dostun işıqlı çöhrəsi və onunla tanışlığın işıqlı anları bütün gecəmi işıqlandırdı və onun artıq qatı bir qaranlıqda olması bu işığı da mənə haram edirdi.

Aman, əzizim Elxan Babayev, bu olmadı, heç olmadıg "Allahla Allahlıq eləmək olmaz", deyə bir deyim var xalqımızda. Amma Allahım, bu olmadıg "Bütün ölümlər vaxtsızdı" deyirlər bir də və bütün ölümlər insanı yandırır, deyirlər. Həqiqətən vaxtsız ölümlər daha çox, ancaq bu dünyayla bir ayrılıq məqamının çox acı olmadığını da danmayan böyük alim Eynşteyn əbəs deməzdi ki, ƏVVƏL-AXIR BU ÖLÜM DƏ YAXŞI BİR ŞEYDİR.

Amma Elxan, bu olmadı, həqiqətən olmadıg Sənə ölüm yaraşmırdı, heç yaraşmırdı. Sən mənim gözlərimin qabağında bu sənət dünyasında əlində qələm bir gəncəcik oğlandın bizim ilk görüşümüzdə və ilk görüşümüzdən məni, heyrətə gətirən sənin ZİYALILIĞIN idi o zaman. O zaman həqiqətən bir ziyalılıq var idi və sən də bu ziyalılığın içində çox da asanlıqla görünən birisi idin.Təbii indi ziyalılıq da artıq keçmişin bir nostaljisi kimi anıldığı bir zamanda, mən uzun bir yuxudan ayıldıqdan sonra, yenidən Bakıya gələndə üç-beş əski tanışları axtarandaonlara zəng edib, "gəlmişəm - demək istəyəndə ilk sırada olan insanlardan və sevdiklərimdən biri də Sən və Sənin ailən, həyat yoldaşın, Həcər xanım idi...

Yəni, həm keçmiş dost bir ailə kimi (amma heç gediş-gəlişimiz olmasa da) həm də yenidən işə başladığım toplunun ən gözəl yazarları kimi mən sizləri aradım. Sizləri ayaq üstə sağsalim görəndə, inanmazsan necə sevindim. Çünki mən o uzun bir yuxu illərində bir çox dostu itirmişdim ki, indi o dostlarsız bir savunacaq dalım belə yox və onların mənə sevgisinə hər zaman ehtiyac duyuram.

Sən və ailən də elə dostlardan biriydiniz. Baxmayaraq ki, ədəbiyyat adamı deyildin, qardaşın və gözəl yazarımız Aqşin Babayevlə heç tanışlığımız olmasa da, Nazim Hikmət adlı bir taleylə uzaqdan-uzağa bir-birimizə bağlı idik. Sonradan, çox sonradan mən sənin həmin ailədən olduğunu bildim. Ona qədər sən mənim üçün konservatoriyanın bir gəncəcik tələbəsiydin və bizim topluda yazılar yazmağa da sən xanımın Həcərin aracılığı ilə, vasitəsiylə başlamışdın. Başlamışdın başlamağına, amma həmən də önə keçmişdin. Bax, sonralar da tutduğun məsul vəzifədə də, sən ondan bir az irəli idin, yəni bir zamanlar böyük Üzeyir bəy girən bir qapıdan girirbu müəssisənin çox məsul bir yönəticisi, yəni prorektoru vəzifəsini yerinə yetirirdin və sənin prorektor olduğunu mən o yuxudan ayılandan sonra eşitsəm də, sənin bir layiqli vəzifədə olmağına qəlbdən sevindim, Elxang

Yox, yəni gözlənilən ölümlər ola bilər, amma mən səni son dəfə yaxın qohumun, çox hörmət etdiyim kaman (skripka) ifaçısı Zəhra xanımın Quliyevanın solo konsertində kənardan görəndə və daha sonradan televizyonda yenə də Zəhra xanımla birlikdə çıxış eləyəndə mən sənin sir-sifətində bu zəhrimar ölümün (aman Allahım, nə qədər dəhşətli səslənir, sənin üçün bu söz) heç bir əsər-əlamətini görmədim, amma birisi dedi ki, qardaşına və ailənə verilən başsağlıqlarda yazılıb: UZUN SÜRƏN AĞIR XƏSTƏLİKDƏN

Qardaşım, uzun sürən xəstəlik nəymiş? Mən səninlə neçə kərə telefonda danışdım və mən sənin səsində bu zəhrimar xəstəliyin gücünü heç görmədim, yox eşitmədim demirəm, məhz görmədim. Çox mədəni məndən bir yazının çapını xahiş elədin və mən də ərklə: "Sən, əmr elə, Elxan", - dedim və üstəlik də qız balan və mənə doğma olan qızının kitabı haqqında bir başqasının yazısı idigbu.

Və Elxan, bir zaman yuxuda olduğum illərdə görmüşdüm ki, bəs Qobustan toplusu bir xüsusi nömrə buraxıb və orda "Qobustan" haqqında sorğular var, görmüşdüm ki, bəs səndən başqa bir dost və bir insan mənim adımı xatırlamamışdı. Halbuki orda yazı yazmağa başlayanda bir çox insanın həyatında mənim iynə ucu boyda olsa da əməyim vardı. Heç kəs, heç kəsg məni xatırlamamışdı səndən başqag "Gözdən iraq olan könüldən də iraq olar" ata sözünün ağırlığını mən o zaman daha açıq hiss etmişdim. Sənsə məni elə xatırlamışdın ki, mən indi o sözləri oxuyanda gözlərim yaşarır. Sən xatırladığına görə demirəm, bu ad var, amma sənin ziyalılığın bir daha orda üzə çıxmışdı. Və ən heyrətamizi sən MUSİQİŞÜNAS idin, mən yazar, naşir və bir musiqişünasın bu dərəcədə etirafı mənim üçün xoş idi, bu "xoşluq" çox idi, Elxan, çox idig (amma bu yuxu deyildi, həqiqət idi.)

Bilmirəm, vallah bilmirəm, bu işdi? Yəni bir gün yaranan bir gün ölər, amma bu qədər ƏDALƏTSİZ ÖLÜMLƏR nədən bu millətin, bu xalqın içinə dolub. Mən bunu anlaya bilmirəm, yəni anlamalı da bir şey yoxg

Dedim ki, Allahla Allahlıq eləmək olmaz, amma imiş canım, bu söz: Allah da yaxşıları tez aparır. O zaman nədən onu yaxşı yaratmışdı? Yanına aparmaq üçünmü nədən məhz bu dünyanı pislərin ixtiyarına buraxmaq istəyir böyük yaradan, nədən?..

İçimizdəki pislikləri təmizləmək üçün üç-beş YAXŞI İNSANIN ətrafımızda olmasını nədən istəmir böyük Yaradan, nədən?

Heç zaman bozarmadın, heç zaman, hətta radioda işlədiyin illərdə bir az aşağı bir işdə işləsən sən necə hövsələ ilə çalışırdın necə ziyalı bir dənəyimlə öz işini göründün heç zaman mən sənin bir iddianı eşitmədim.

Bax, MƏN GÖRMƏDİM deyirəm, bəlkə başqaları bunu bilir, bu da təbii bir şey. (Mən hər zaman tanıdığım insanı yazıram. Başqaları üçün, təbii sən başqa cür ola bilərsən.) Amma sən nəinki bir nəzəriyyəçi, həm bir ifaçı kimi hər zaman mənim içimi yaxşılıqlarla, gözəlliklərlə dolduran bir insan oldun bu vəfasız dünyada bu MƏNİM ÜÇÜN DƏ LİMİTİ TÜKƏNƏN bu amansız dünyadag

Qərib bir şey: sən şəhər uşağı idin, mən kənd uşağı, amma sənin o musiqi savadın musiqi dünya görüşün nədən mənimki ilə (müqayisə üçün üzr istəyirəm) üst-üstə düşürdü. Bunu yalnız bir faktla deyim: mən Qara Qarayevi son dərəcə sevirdim, lap onun əsərlərini şeir kimi, hekayə kimi başa düşməsəm . Sən onun bütün əsərlərinin cikini-bikini bilən birisiydin bir çoxları da bunun içindən çıxa bilmirdi. Mən səni xanımın Həcəri (hələ o zaman nişanlı idiniz məncə) radioda çıxışa aparanda, məhz klassik musiqi tərzində verilişlərdə sən çox böyük bir mədəniyyətlə mənim bütün dediklərimə əməl eləyirdin mən sənin bu ziyalılığının əsiri olmuşdum. Sənə heç zaman yad prizmadan baxa bilmirdim: Yalnız yalnız GÖZƏLLİK YAXŞILIQ prizmasından başqa.

Sənin yetişdirdiyin musiqiçilər, heç şübhə etmirəm, sənin veda günündə məndən daha çox yanıblar mən o musiqçiləri başa düşürəm, sənin bir müəllim olaraq öz yöntəmin,ÖZ ÜSLÜBÜN olduğunu mən düşünürəm mənim üçün o məlumdu ki, bizdə ziyalı müəllimlər çox azdır, lap azdır.Yani Qara Qaryev kimi, Cövdət Hacıyev kimig daha başqa, neçə-neçə müəllimlər kimi, sən öz tələbələrini canı-dildən sevən birisi olmusan.

Sənin ziyalılığın insanlığın o televizyon verilişində daha qabarıq görünürdü, çünki sən xaricə gedən musiqiçilərimiz haqqında verilən suala o qədər geniş ürəklə cavab verirdin ki, dinləyicilərin haqq qazandırmaqdan başqa çarəsi qalmırdı.

İlk cümə axşamında qardaşın Aqşin müəllim bir şey dedi: KEÇİNƏNDƏN SONRA ÜZÜNDƏKİ TƏBƏSSÜM SƏN SON MƏNZİLƏ APARILANA QƏDƏR ÜZÜNDƏ QALIB.

Sənin cənazən keçirilən çadırda bir şəklin asılmışdı: onda da qəribə bir təbəssüm vardı...

 

Tofiq Abdin

abdin41@mail.ru

www.tofigabdin.com

 

Ədalət.-2013.-8 iyun.-S.15.